Rusiyanın “Aeroflot” şirkəti oktyabrın 2-də Moskva-Tehran marşrutu üzrə SU514 reysini ləğv edib.
Bu barədə operatorun mətbuat xidmətinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, eləcə də oktyabrın 3-də Tehran-Moskva istiqamətində SU515 geri reysi ləğv olunub.
Aviaşirkətdən bildirilib ki, Moskva-Tehran-Moskva reysinin ləğv olunmasına səbəb İranın hava limanının bağlanması olub.