RU

Azərbaycanda banklar gəliri xaricdən olan vətəndaşlara kredit vermirlər?

Son illərdə xaricdə işləyən azərbaycanlıların sayı artmaqdadır. Türkiyə, Rusiya kimi ölkələrdə çalışan vətəndaşlarımızın əksəriyyəti vətəndə mülk və ya avtomobil almaq istəyir. Bəs xaricdə rəsmi gəliri olan vətəndaşlar Azərbaycan banklarından kredit götürə bilərmi?

Valyuta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müzakirələr aparılıb.

Mövzu ilə bağlı Oxu.Az-a danışan bank sektoru üzrə mütəxəssis və hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunvericilikdə xaricdə işləyən vətəndaşların kredit götürməsinə heç bir məhdudiyyət yoxdur. Əsas şərt - gəlirin rəsmi sənədlərlə təsdiq olunmasıdır.

Mütəxəssisin sözlərinə görə, bəzi banklar xaricdəki iş yerini risk faktoru kimi qiymətləndirib kredit verməkdən imtina edə bilərlər.

"Çünki ödəniş olmadığı təqdirdə xarici şirkətdən vəsaiti tələb etmək çətindir. Amma ümumilikdə qanun xaricdə qazanılan gəliri sənədləşdirən vətəndaşların kredit hüququnu tanıyır", - deyə ekspert vurğulayıb.

Məsələ ilə bağlı bir neçə bankın da yanaşmasını öyrəndik.

Oxu.Az-ın sorğusuna cavab verən həmin bankların nümayəndələri də xaricdə gəliri olan şəxslərə bankların kredit verməkdə o qədər də maraqlı olmadıqlarını bildirdilər.

Onların fikrincə, bu zaman ortaya çıxan risk faktorları çoxdur və heç bir bank özü üçün əlavə problem yaratmaq istəmir. Bununla belə, qeyd etdilər ki, bəzi banklar fərdi yanaşma nümayiş etdirərək xaricdə işləyən etibarlı müştərilərə kredit təklif edə bilərlər.

Beləliklə, qanun xaricdə qazanılan gəliri sənədləşdirən vətəndaşların kredit hüququnu tanısa da, bankların bu məsələyə yanaşması fərqlidir. Hər bir halda müştəri barədə fərdi araşdırma aparılır və qərar verilir.

Избранный
92
1
valyuta.az

10Источники