RU

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturdu

Rostov-na-Donudan Türkiyə limanına gedən polad tədarükü ilə yüklənmiş gəmi Rostov vilayətinin Azov rayonunda Don çayında saya oturub.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat verib.

“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Yük polad tədarükləridir. Gəmidə 14 Azərbaycan vətəndaşı var”, – agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, gəmi Rostov-na-Donudan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, gəmi yolu pozulmayıb. Gəmini karadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Избранный
77
5
konkret.az

10Источники