Sosial şəbəkədə Rusiya Ordusunun Donetsk vilayətinin Volçansk şəhərinə ODAB-9000 bombası atmasının görüntüsü yayılıb.
Kadrlarda bombanın Volçanskda obyektə düşdüyü və daha sonra partlayışın baş verdiyi görünür. Videonun altında bildirilir ki, bu, Rusiya tərəfindən ən güclü termobarik sursat olan ODAB-9000-dən ilk istifadədir.
Ukrayna mediası yazır ki, bu bombadan istifadə ehtimalı azdır, çünki sursat eksperimentaldır və yalnız bir dəfə - 2007-ci ildə sınaq zamanı istifadə olunub.