“Sabahkı oyun çətin olacaq”.
İdman.biz xıbır verir ki, bunu İsveçin "Malmö" klubunun futbolçusu Yens Striqer "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
“Bilirik ki, "Qarabağ" güclü komandadır. Ancaq biz bura əminliklə gəlmişik. "Reyncers"ə qarşı etdiyimiz səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik. Komandada müsbət atmosfer var.
Qeyd edək ki, "Malmö" saba Bakıda "Qarabağ"ın qonağı olacaq.
İdman.biz