RU

Vaşinqton Tehrana qarşı sanksiyalar siyahısını genişləndirəcək

ABŞ müttəfiqləri ilə birlikdə İrana qarşı sanksiyalar siyahısına yeni məhdudiyyətlər əlavə edəcək.

Editor.az bildirir ki, bunu Amerika prezidenti Co Bayden deyib. Prezident aydınlaşdırıb ki, bu məsələ artıq G7-nin digər ölkələri ilə də müzakirə olunub. Ağ Evin press-relizində deyilir ki, “Yeddilik” ölkələrinin liderləri və Bayden telefon danışığı zamanı İrana qarşı yeni sanksiyalardan danışıblar. Danışıqlar zamanı İranın bir gün əvvəl İsrailə kütləvi zərbələr endirməsi qəbuledilməz kimi qiymətləndirilib.

Söhbət həmçinin cavab tədbirlərinin əlaqələndirilməsinə həsr olunub və mümkün variant kimi yeni sanksiyalar da nəzərdən keçirilib. Bundan əlavə, ABŞ prezidenti və G7 ölkələri İranın İsrailə hücumunu kəskin pisləyib və İsrailə dəstək ifadə ediblər.

//Samir Qurbanov, Editor.az

Избранный
74
editor.az

1Источники