Əmanətlərin Sığortalanması Fondu
Şöbə müdiri/baş mütəxəssis
Son tarix 02 noy 2024 - [email protected]
İdarə, təşkilat: Əmanətlərin Sığortalanması Fondu
Vakansiya: Maliyyə Departamenti, Büdcə və hesabatlılıq şöbəsinin Şöbə müdiri/baş mütəxəssisi
İşin təsviri:
- ƏSF-nin və onun nəzarətində olan LPO Bankların aylıq/rüblük/illik maliyyə hesabatlarının hazırlanması;
- LPO Bankların mühasibat uçotu üzrə siyasətin yenilənməsində iştirak edilməsi və uçotun mövcud siyasətə uyğun aparılmasına nəzarət edilməsi;
- AMB tərəfindən hesabatlılıq ilə bağlı müraciətlərin cavablandırılması (müvafiq hesabat formalarına əsasən hesabatların təqdim edilməsi);
- LPO Bankların illik büdcəsinin hazırlanması və daha sonra aylıq əsasla faktiki nəticələrin büdcə ilə müqayisəli təhlilinin aparılması (kənarlaşma aşkar edildiyi halda, rəhbərliyin məlumatlandırılması);
- LPO Bankların balansında olan digər aktivlərin və digər öhdəliklərin təhlilində iştirak edilməsi və təhlilin ilkin nəticələri üzrə müvafiq düzəlişlərin verilməsinə nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən gələn digər əlaqəli tapşırıqların icrası.
Tələblər:
- Maliyyə/mühasibatlıq və ya digər anoloji sahədə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel biliyi və mürəkkəb formulaların tətbiqi bacarığı mütləqdir);
- ACCA sertifikatlarının olması arzuolunandır (Financial Accounting, Financial Reporting və s.);
- GNI proqramından istifadə təcrübəsi arzuolunandır;
- Power BI üzrə təcrübə olması üstünlükdür.
Əmək haqqı:
- 2000 AZN-dən yuxarı