Neymarın gələcək karyerası ilə bağlı maraqlı xəbər yayılıb. O, “Əl-Hilal”dan ayrılacaq.
Bu barədə “Fichajes” nəşri xəbər yayıb. 32 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini yeniləməyəcək.
İddiya görə, Neymar 2025-ci ilin yayında azad agent kimi “Santos”a qayıtmağa qərar verib. Onun “Əl-Hilal” ilə müqaviləsinin müddəti gələn il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Neymar “Santos”un yetirməsidi. Braziliyalı futbolçu bu komandada 2009-13-cü illərdə oynayıb. O, “Santos”un heyətində meydana çıxdığı 225 matçda 136 qol vurub və 64 məhsuldar ötürmə edib.
Neymarın “Əl-Hilal”a 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya keçdiyini də xatırladaq. O, zədə səbəbindən komandada cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта