RU

İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var

İsrail ilk dəfə Beyrutun mərkəzinə zərbə endirib. İsrail hava qüvvələrinin şəhərin mərkəzindəki Başura bölgəsinə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Fövqəladə Hallar Mərkəzinin məlumatında deyilir.

Bundan əvvəl İsrail ordusu Livanın paytaxtı istiqamətində “dəqiq zərbə” endirəcəyini açıqlamışdı.

İsraillə Livan arasında daha bir gərginlik sentyabrın 17-18-də Livanın müxtəlif bölgələrində rabitə vasitələrinin kütləvi partlayışlarından sonra başlayıb, nəticədə onlarla insan həlak olub, üç minə yaxın vətəndaş yaralanıb. Daha sonra İsrail döyüş təyyarələri Beyrutun cənub ətraflarında yaşayış binasına zərbələr endirib, nəticədə Hizbullahın xüsusi əməliyyat qüvvələrinin komandiri İbrahim Əqil də daxil olmaqla 50-dən çox insan həlak olub.

Şiə müqavimət döyüşçüləri cavab olaraq İsrailin Ramat-David Hərbi Hava Qüvvələri bazasına və Hayfanın şimalındakı Rafael hərbi-sənaye kompleksinə hücum ediblər. İsrail şəhərinin kənarındakı yaşayış məntəqələrində bir neçə raket partlayıb.

Избранный
32
43
publika.az

10Источники