RU

"Ukraynanın F-16-ları rus qırıcılarından zəifdir" -"Business Insider"

Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinin sərəncamına verdiyi F-16 qırıcıları Rusiya hərbi təyyarələrindən daha aşağı səviyyədədir.

Bu barədə ABŞ ordusunun istefada olan general-mayoru Qordon Devis Business Insider-ə müsahibəsində deyib.

"Bu təyyarələrdə ən müasir sistemləri quraşdırsaq belə, onlar hələ də performans baxımından ən yaxşı Rusiya təyyarələrini geridə qoya bilmir", - hərbçi vurğulayıb.

Davis qeyd edib ki, Qərb ölkələri F-16 qırıcılarını sursat və elektron döyüş sistemləri baxımından maksimum səviyyədə təchiz edə bilər.  Lakin təyyarələr yenə də Rusiya ordusunun hava hücumundan müdafiəsinə qarşı həssas olacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
11
news365.az

1Источники