RU

Aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları və çanta hədiyyə edilib

Naftalan Şəhər İcra Hakimiyyəti və Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun birgə əməkdaşlığı çərçivəsində bir qrup aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatları və çantalar hədiyyə olunub.

Üç ümumtəhsil məktəbinin ehtiyacı olan 30 dan çox şagirdinə hədiyyələr təqdim olunub.

Valideynlər layihə təşkilatçılarına təşəkkürlərini bildiriblər, göstərilən diqqət və qayğı nəticəsində övladlarının daha əzmlə oxuyacaqlarını və dərslərində daha uğurlu nəticələr əldə edəcəklərini qeyd ediblər.

Избранный
14
naftalan-ih.gov.az

1Источники