RU

Nazir: "Yaşıl" təhsil sisteminin ibtiadi siniflərdən tədrisi vacibdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi, öyrədilməsi vacibdir".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, UNICEF-in 2023-cü il hesabatına əsasən, iqlim fəlakətləri 40 milyon uşağın təhsilinə mənfi təsir göstərir.
Nazir vurğulayıb ki, Paris sazişinin öhdəliklərinin yerinə yetirilməsi, iqlimlə bağlı vədlərin yerinə yetirilməsi vacibdir:
"Yaxşı nəticə əldə etmək üçün iqlim maliyyələşdirilməsi gücləndirilməlidir. Bu o deməkdir ki, daha yüksək səviyyədə fəaliyyət planı icra edilməli, yekunda şəffaflıq hesabatı təqdim olunmalıdır. Bu məsələdə universitetlərin birgə fəaliyyəti də önəmlidir.
"Yaşıl" təhsil sisteminin aşağı siniflərdən tədrisi, öyrədilməsi vacibdir. Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarında informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi vacibdir".
Nazir bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində özlərini doğrultduqlarını vurğulayıb.
Избранный
19
50
oxu.az

10Источники