RU

Livan Beyrutun mərkəzinə zərbələrdə ölənlərin sayını açıqladı

İsrailin Beyrutun mərkəzinə növbəti zərbəsi nəticəsində 6 nəfər həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi oktyabrın 3-nə keçən gecə bildirib. “The Times of Israel”in onlayn nəşri yazır ki, İsrailin hava hücumundan sonra BMT-nin mənzil-qərargahının yaxınlığında yerləşən Başura bölgəsindəki çoxmərtəbəli binanın üçüncü mərtəbəsində, həmçinin baş nazirin ofisi və parlament binasında yanğın olub.

“Hizbullahın Əl-Mənar telekanalı hücumun hədəfi qruplaşmanın tibb mətəqəsi olduğunu bildirib.

Bundan əvvəl France-Presse xəbər vermişdi ki, onun müxbirləri Beyrutda güclü partlayış səsi eşitmişlər.

Oktyabrın 3-nə keçən gecə İsrail Müdafiə Qüvvələri təfərrüatları açıqlamadan Beyruta “məqsədli zərbə” endirdiyini elan edib. Bu hücumun qurbanları arasında neçə terrorçunun olduğu açıqlanmır.

Bundan əvvəl, oktyabrın 2-də axşam saatlarında Livanın Səhiyyə Nazirliyi məlumat yayıb ki, ona əsasən, son 24 saat ərzində İsrailin hücumları nəticəsində ölkə üzrə 46 nəfər ölüb, daha 85 nəfər yaralanıb.

Избранный
14
herbiand.az

1Источники