Cənubi Afrika Respublikasında (CAR) ağdərili fermer və onun iki işçisi tərəfindən güllələnərək donuzlara yedizdirildiyi iddia edilən iki qaradərili qadınla bağlı iş böyük hiddətə səbəb olub.
Modern.az xəbər verir ki, 45 yaşlı Mariya Makqato və 34 yaşlı Lucia Ndlovu avqust ayında CAR-ın şimalındakı Polokvane yaxınlığında fermada güllələnərək öldürülüblər.
Dəlilləri məhv etmək üçün cəsədlərin donuzlara yedizdirildiyi iddia edilir. 60 yaşlı ferma sahibi Zachariah Johannes Olivier və onun işçiləri Adrian de Vet və Villiam Musora qarşı qətl ittihamı irəli sürülüb.
Silahla öldürülən Makqatonun qardaşı Valter Mathole hadisənin irqi gərginliyi daha da artırdığını ifadə edib. Polokvane məhkəməsinin qarşısında etiraz edən nümayişçilər şübhəlilərin zaminə buraxılması tələbinin rədd edilməsini tələb edən plakatlar qaldırıblar.
Məhkəmənin noyabrın 6-na təxirə salındığı və şübhəlilərin həbsdə qalacağı bildirilib.