RU

Alimlərimiz “Stenford” reytinqində yüksək yer tutublar

Stenford Universiteti bu ilin sentyabr ayında növbəti dəfə dünyanın ən yaxşı alimlərinin reytinq siyahısını təqdim edib. Həmin siyahı bir çox elmmetrik göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirmə əsasında hazırlanır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin adı bu ildə də həmin siyahıya daxil edilmişdir. Xatırladaq ki, 2020-ci ildən başlayaraq ardıcıl olaraq artıq 5-ci ildir ki, akademik bu siyahıda yer alır. O, bu siyahıya dünyanın bütün ölkələrində süni intellekt sahəsində tədqiqat aparan və məqalələri “Scopus” bazasında indeksləşən 399 min alimin arasından seçilmişdir. Digər elm sahələrinə nəzərən ən böyük rəqabət məhz süni intellekt sahəsində olmuşdur.

Stenford Universiteti yuxarıda qeyd olunan siyahıdan başqa, hər il eyni metodika əsasında, lakin uzunmüddətli dövrü əhatə edən ikinci (“karyeraboyu təsir”) siyahını da təqdim edir. Belə ki, əgər 1-ci siyahı tədqiqatçının hesabat ilindəki (yəni 2023) elmi nəticəsinə görə hazırlanırsa, “karyeraboyu təsir” siyahısı tədqiqatçının 1996-cı ildən hesabat ilinə qədərki (1996-2023) dövrü əhatə edən elmi fəaliyyətinin nəticəsi əsasında hazırlanır.

Texnologiyalar İnstitutunun digər bir əməkdaşı, bu institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Əliquliyev də 2024-cü ildə süni intellekt sahəsi üzrə “karyeraboyu təsir” reytinq siyahısında yer almışdır. O da bu siyahıya 400 minə yaxın alimin arasından seçilmişdir.

XQ

Избранный
49
11
xalqqazeti.az

10Источники