RU

Jalə Əliyeva parlamentin plenar iclasında çıxış etdi

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın VII çağırış Azərbaycan Parlamentinin ilk iclasındakı çıxışı:
“Hörmətli Xanım Sədr, hörmətli millət vəkilləri!
Öncəliklə mən də öz növbəmdə VII çağırış Azərbaycan Respublikası Parlamentinə seçkilərdə mandat qazanan bütün həmkarlarımızı, xanım Sədr, başda siz olmaqla təbrik edir, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram!
VII çağırış Milli Məclisini digər çağırışlardan fərqləndirən ən əhəmiyyətli cəhət bu Parlament seçkilərinin Azərbaycanın bütün suveren ərazisində keçirilməsidir. Azərbaycanın 33 illik müsrəqillik tarixində bu – bir ilkdir! Bu ilkə imza atan, bütövlüyümüzə, suverenliyimizə gedən yolun yenilməz bayraqdarı olan Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarıq! O, bəlkə də mümkünsüz kimi görünəni mümkün etdi! Tarixən bizim olanı bizə qaytardı! Bizi yenidən Qarabağlı Azərbaycana çevirdi!
Cənab Prezidentin dövlət, xalq, ölkə naminə irəli sürdüyü bütün çağırışlara layiqincə cavab vermək, ölkəmizdə gedən böyük quruculuq işlərində öz səylərini əsirgəməmək, xalqı ilə dövlətinin arasında möhkəm körpü rolunu oynamaqla, Prezidentin sadiq əsgəri olmağı bacarmaq hamımızın ümdə vəzifəsidir.
Əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin qanunvericilik bazasının möhkəmləndirilməsi üçün bu günə qədər olduğu kimi, bundan sonra da səylərimizi əsirgəməyəcəyik.
Xanım Sədr, elə sizin özünüzün də bir az əvvəl çox doğru olaraq söylədiyiniz kimi, tamamilə yeni mərhələyə qədəm qoymuşuq. Və bu yeni mərhələdə bizim parlamentarilər olaraq birgə fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər!
Bu yolda bir daha hər birinizə uğur arzulayır, etimad göstərən, potensialımıza inanan, bizə səs verən, bizi seçən hər kəsə təşəkkür edirəm.”
Избранный
73
xalq.az

1Источники