RU

"Azərbaycanda hər yoldan keçənə "müəllim" deyirlər" - Rəşid Mahmudov

"Azərbaycanda hər yoldan keçənə "müəllim" deyirlər".

Bu sözləri Redaktor.az-a Tibb Universitetinin (ATU) dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov müəllimlərə verilən hədiyyələrlə bağlı məsələni şərh edərkən dedi. Onun sözlərinə görə, müəllimlərin ən böyük hədiyyəsi dərs verdiyi şagirdlərin uğurlarıdır.

"İtalyanlar müəllimə "padri" deyir, bu ata deməkdir. Türklər, "hoca", "öğretmen" deyir, ağsaqqalım, böyüyüm deməkdir. Bizdə isə hər yoldan keçənə müəllim deyirlər. Müəllim öyrədən, tərbiyə edən deməkdir. Mənə görə, birinci insan öz tərbiyəsini müəllimindən, ikincisi də ailədən, başqa yerdən alır. Müəllim bütün millətin sifəti deməkdir. O, millətini inkişaf da etdirə bilər, geriyə də apara bilər. Müəllim Günündə Azərbaycan xalqından olan bütün müəllimləri təbrik edirəm. Allah onları qorusun, öz sənədini mükəmməl bilsinlər ki, xalqımız savadlı olsun".

İctimai xadim şagird, tələbələrindən hədiyyə və ya pul alan müəllimləri qınadı:

"Mən özüm Tibb Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Tam əminliklə deyə bilərəm ki, burada belə bir hadisə yaşanmır. Rüşvətlər çox vaxt orta məktəbdən başlayır. Kim belə şagirdindən, tələbəsindən rüvət alırsa, həmin uşağın əlinə düşsün. Düzdür pul çatdırmaq çətindir. Amma bu, rüşvət üçün əsaslı səbəb deyil". 

Türkan İSGƏNDƏRLİ

Избранный
64
1
redaktor.az

2Источники