RU

Ermənistan və Belarus baş prokurorları arasında GÖRÜŞ

Ermənistan baş prokuroru Anna Vardapetyan bu gün Belarusun baş prokuroru Andrey Şvedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının İrəvanda keçiriləcək 34-cü iclasında iştirak etmək üçün Ermənistana səfər edib.

 

Anna Vardapetyan qeyd edib ki, Koordinasiya Şurasının iclası ikitərəfli görüşlər formatında hüquqi məsələlərin müzakirəsi üçün mühüm platformadır.

 

Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxundular.

Избранный
78
modern.az

1Источники