RU

Kemi Seba “Afrikada Fransanın Neokolonializm Siyasəti” konfransında məruzə ilə çıxış etdi

Bakıda səfərə olan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə və anti-imperialist mövqeyi ilə tanınan siyasi fəal, jurnalist Kemi Seba Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm Siyasəti” mövzusunda keçirilən konfransda məruzə ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, məruzəsində Fransanın neokolonializm siyasəti barəsində geniş məlumat verən K.Seba rəsmi Parisin müstəmləkə şəraitində yaşayan xalqların nümayəndələrinə qarşı törətdiyi soyqırımı, urbisid və digər qanunazidd əməllərdən danışıb.

O bildirib ki, rəsmi Paris müstəmləkəsi altında olan xalqların nümayəndələrini insan hüquq və azadlıqlarından məhrum edib.

Bununla yanaşı o, rəsmi Parisin müxtəlif qanunazidd vasitələrlə müstəmləkə xalqlarına beynəlxalq hüququn digər subyektləri ilə münasibətlər qurmasına yaratdığı əngəllərdən bəhs edib.

K.Seba həmçinin beynəlxalq aləmi Fransanın kolonial siyasətinə qarşı təsirli tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.

1981-ci ildə Fransanın Strasburq şəhərində doğulub.

O, Fransanın müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə dənizaşırı ərazilərə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etdiyinə və pislədiyinə görə Fransanın “qara siyahı”sına salınıb. Fransa K. Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, istədiyinə nail olmadıqda isə onu Fransa vətəndaşlığından məhrum edib.

Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K. Sebaya diplomatik immunitet verib.

“URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan K. Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Onun “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.//APA

Избранный
6
konkret.az

1Источники