RU

Monqolustanın prokurorluq əməkdaşları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən Monqolustan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəhbəri Dashdavaa Zandraanın təşəbbüsü ilə onun başçılıq etdiyi nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə tanış olub.

Bu barədə "Operativ Media"a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokurorun müavini - Baş İdarə rəisi Nazim Rəcəbov Monqolustanın prokuroluq orqanalrının işçilərinə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, əldə edilən uğurlar və müsbət təcrübələr, habelə ixtisaslaşdırılmış prokurorluq orqanının funksiya və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvləri Baş İdarənin kriminalistik imkanları, “161 - Qaynar xətt” əlaqə mərkəzi, informasiya-kommunikasiya şəbəkəsi, əməliyyatların idarə edilməsi mərkəzi və digər xidmət sahələri ilə tanış olublar.

D.Zandraa ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsindəki təşəbbüs və uğurlardan, eləcə də Baş İdarədə yaradılmış iş şəraitindən məmnunluğunu ifadə edib, həmçinin, görüş zamanı gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
4
2
operativmedia.az

3Источники