RU

Silahlı birləşmələrin müvafiq vasitələrlə təmini üçün ümumi qayda müəyyən ediləcək

Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, onlar üçün ümumi qayda müəyyən ediləcək.

Herbiand.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Избранный
8
3
herbiand.az

4Источники