UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubuna məğlub olub.
Milli.Az musavat.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək.
Bu oyun oktyabrın 24-də keçiriləcək.
Oyundan ən maraqlı anları, vurulan qolların görüntülərini təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun