Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Suca şəhəri yaxınlığında müəyyən əməliyyatlar həyata keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Aida” qrupundan olan döyüşçü jurnalistlərə məlumat verib. Hərbçinin sözlərinə görə, “Axmat”ın kəşfiyyatı bir neçə gündür ki, Ukrayna hərbçilərinin bu ərazidəki hərəkətini müşahidə edir.
“Ola bilsin ki, bu, bir rotasiyadır, bəlkə də kiçik bir geri çəkilmədir. Amma başqa məlumatlara görə, onlar daha çox qüvvələr gətirəcəklər”, - döyüşçü bildirib.