RU

Ardıcıl 4 məğlubiyyət: 27 aydan sonra

“Qarabağ” avrokuboklarda ardıcıl 4-cü məğlubiyyətini alıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”yə uduzub.

Azərbaycan çempionu bundan əvvəlki üç qarşılaşmada da məğlubiyyətlə üzləşib. I turda “Tottenhem”dən üç cavabsız qol buraxan “Qarabağ”ın uğursuzluq zolağı Çempionlar Liqasında başlayıb.

Təmsilçimiz pley-offun hər iki görüşündə Zaqreb “Dinamo”suna məğlub olub. “Qarabağ”ın uduzmadığı son qarşılaşma “Lüdoqorets”lə Bolqarıstanda keçirilən görüşdür. III təsnifat mərhələsinin cavab matçında 7:2 hesabı ilə qalib gələn komanda avqustun 13-dəki oyundan sonra qələbə qazana bilmir.

Qurbanovun komandası sonuncu belə seriyası 2021-22-ci illərə təsadüf edib. Konfrans Liqasının qrupdakı son oyununda “Bazel”ə 0:3 hesabı ilə uduzan təmsilçimiz pley-offda “Marsel”ə iki dəfə məğlub olub – 1:3, 0:3. Növbəti mövsüm Çempionlar Liqası isə “Lex”ə 0:1 hesablı yenilgi ilə başlayıb. 27 ay əvvəl başa çatan seriya Polşa təmsilçisi üzərində Bakıdakı 5:1 hesablı qələbə ilə bitib.

Qeyd edək ki, “Qarabağ” avrokubokda növbəti matçını oktyabrın 24-də Bakıda “Ayaks”a qarşı keçirəcək.

İdman.biz

Избранный
4
idman.biz

1Источники