RU

Hibrid təhdidlərvəAzərbaycan

Xarici müdaxilələr və hibrid təhdidlər milli təhlükəsizliyin qorunmasını zəruri edir

Son illər ərzində "hibrid müharibə" termini fəal siyasi mühitdə daha çox istifadə olunur, lakin bu anlayışın hüquqi aspektləri kifayət qədər zəif öyrənilib."Hibrid müharibə" təhlükəli vəziyyətlərdə dövlətlərin informasiya sahəsindəki siyasi tendensiyaların davamını əks etdirən, aydın hüquqi məzmuna malik olmayan hərbi-güc terminologiyası kimi təqdim olunur. Mövcud vəziyyətdə hüquq kontekstində beynəlxalq hüquqi terminologiyanın istifadəsinin və onun gələcək inteqrasiyasının mümkünlüyü barədə ciddi müzakirələr aparılır. "Hibrid müharibə" fenomeni beynəlxalq münasibətlərin informasiya komponenti kimi əhəmiyyətli dinamik artım göstərir və əsasən heç bir fiziki təsir etmədən "rəngli inqilablar" və ya "ərəb baharı" anlayışlarının həyata keçirilməsinin məntiqi davamı hesab olunur. Hibrid təhdidlər isə kritik infrastruktura, yəni iqtisadiyyat, dövlət qurumları, ölkənin təhlükəsizliyini təmin edən qurumlar üçün strateji əhəmiyyət kəsb edən idarəetmə sistemləri  üçün fövqəladə təhlükə mənbəyidir. 30 ilə yaxın bir müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olub. Ermənistanın revanşist meyillərinin alovlandırılması, geniş silah təchizatına dəstək verilməsi, ölümcül silah növlərinin Ermənistana ötürülməsi, müxtəlif mənbələrdən irimiqyaslı maliyyə vəsaitlərinin ayrılması bir daha nümayiş etdirir ki, bir sıra qüvvələr regionda beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasında maraqlı deyillər. Bütün bunlar ölkəmizin apardığı siyasətə xaricdən müdaxilələr və Azərbaycan əleyhinə bir çox hibrid təhdidlərlə müşahidə olunur. Belə bir şəraitdə qeyd edilən cəhdlərin qarşısının alınması, milli maraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeni addımların atılması və bütün zəruri tədbirlərin görülməsi fundamental əhəmiyyətə malikdir. Məhz bu amillər nəzərə alınaraq Azərbaycan parlamenti Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatlar, xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair təkliflər hazırlayacaq. Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclis sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatlar verəcək, zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələr keçirəcək. Hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıqda iştirak edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi də sözügedən komissiyanın səlahiyyətlərinə daxildir. Elə isə hibrid müharibəsi dedikdə nə başa düşülür?  

Hibrid müharibəsi təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi.

"Hibrid müharibə" müntəzəm olmayan hərbi qurumların, təhlükəsizlik xidmətlərinin xidmətlərindən istifadə edərək, təxribat, sabotaj, diversiya, informasiya, maliyyə və iqtisadi əməliyyatlar, kiberhücumlar, insanların davranışına psixoloji təsir göstərmək və s. kimi pozuculuq fəaliyyətləri yerinə yetirməkdən ibarətdir. Digər fəaliyyət isə hücum edən ölkənin müntəzəm Silahlı Qüvvələrdən istifadə etmədən, onun maraqlarını paylaşan qurban verilən rəqib ölkənin daxili siyasi gücunə dəstək verərək, mövcud rejimi və ya onun siyasətini radikal şəkildə dəyişdirmək üçün irimiqyaslı təxribat əməliyyatlarının həyata keçirilməsi ilə bağlıdır. Hibrid müharibənin xarakteri təcavüzkarın uzun müddət düşmənə qarşı strateji səbrini sınamaqla uzun müddət düşmənçilik hərəkətləri etməyə imkan verir. Ümumiyyətlə vaxt hibrid müharibə metodlarından istifadə edərək tərəfin xeyrinə oynayır. Bu təsir, xüsusilə düşmən ərazidə hibrid müharibəsində iştirak edən nizamlı bir ordunun vəziyyətində hiss olunur. Ölkəmizin beynəlxalq hüquq doktrinası, ümumiyyətlə "hibrid müharibə" termini ilə "əməliyyat aparmağa" üstünlük vermir, çünki bu söz beynəlxalq hüquq termini kimi qəbul edilməyib. Digər tərəfdən bu mövqe, terminin mövcud beynəlxalq hüquqi sənədlərdə də təsbit olunmadığına görə əsaslı hesab oluna bilər. Beynəlxalq ictimaiyyətin bütün səylərinə baxmayaraq, müasir beynəlxalq hüquqda gücdən istifadə problemi tamamilə həll olunmadığı aydındır, lakin son onilliklərdə bir çox ölkələr açıq təcavüzkar siyasətlərinin həyata keçirilməsi məqsədi ilə beynəlxalq ictimaiyyətin gözündə öz hərəkətlərinə maksimum legitimlik qazandırmağa çalışır. Buna görə də "müharibə" termini BMT Nizamnaməsinin birbaşa pozulmasına işarə etdiyinə görə son illərdə daha az işlənir, əvəzində isə çox tez-tez "beynəlxalq münaqişə" və ya "beynəlxalq böhran" terminlərinə rast gəlirik. Bundan əlavə, son onilliklərdə açıq hərbi münaqişələrdən daha çox gizli münaqişələrə rast gəlirik. Bu faktlar dünyada baş verən vətəndaş müharibələrinin, separatizmin və "öz milli müqəddəratını təyinetmə" meyllərinin sayının görünməyən həddə artmasına gətirib çıxarıb. 

Hazırda  qarşılaşdığımız təhlükəli çağırışlar sırasında suveren dövlətlərin daxili işlərinə  xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yer tutur. Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd olan bu amillər beynəlxalq leksikona daxil olmuş hibrid müharibə konsepsiyasının substantiv elementidir. Hibrid müharibəsi zamanı münaqişədə qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan da istifadə olunur, bu cür üsul və vasitələrin geniş diapozonu var. Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanması və informasiya fəzasında istifadə edilməsi, kiber hücumlar, müxtəlif etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə daxil edilməsi bura daxildir. Məhz sadalanan amillər nəzərə alınaraq ölkə parlamentində Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники