RU

Ceyran Abbasovaya Zəngilanda vəzifə verildi

Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Medianews.az report-a istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.

Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.

Избранный
62
18
medianews.az

10Источники