RU

Füzulidə keçirilən əməliyyat zamanı 3 kq tiryək, metamfetamin və psixotrop həblər aşkarlanıb

Füzulidə

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Избранный
4
16
xalqcebhesi.az

10Источники