Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürəcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. 10-cu yerdəki “Kəpəz” 8-ci pillədəki “Neftçi”ni qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.
Sözügedən komandalardan heç biri cari mövsümdə qələbə qazana bilməyib. “Kəpəz” 8 matçın hər birində uduzub. “Neftçi” isə 5 dəfə heç-heçə edib, 3 dəfə məğlub olub.
4 oktyabr
17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Tovuz şəhər stadionu.