RU

Şagirdlər arasında təhsildən yayınma halları niyə artıb?

Bakıda orta məktəblərdə təhsili yarımçıq tərk edən şagirdlərin sayı çoxalmaqdadır. Onların böyük əksəriyyəti atestat almaq üçün adlarını müəyyən şərtlər altında rayon məktəblərinə yazdırır, özləri isə Bakıda seçdikləri ixtisas qrupu üzrə müvafiq hazırlıq kurslarına gedirlər. Nəticədə orta məktəblərdə tədris olunan bir çox fənnlərdən lazımı bilik və bacarıqları mənimsəyə bilmirlər.

Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bu məsələnin bir neçə ildir ki, aktual olaraq qaldığını bildirib:

"Şagirdlər bu fürsətdən ali təhsil müəssisələrinə hazırlıq üçün maksimum yararlanmağa çalışırlar. Ali təhsil müəssisələrinə qəbul zamanı keçirilən imtahanların abituriyentlər üçün çətin, eyni zamanda ağır olmasını, fənn sayının çoxluğunu əsas gətirirlər. Düşünürlər ki, konkret məktəbə getməyib yalnız ali məktəblərin müfaiq ixtisas qrupları üzrə hazırlaşsalar daha uyğun ola bilərlər. Bu məsələdən irəli gələrək artıq bir tendensiya formalaşıb ki, övlardlarını rayon məktəblərində qeydiyyata yazdırırlar".

Elçin Əfəndi bu hallardan hazırda daha çox istifadə olunduğunu vurğulayıb:

"Şagirdlərin adı rayon məktəbində gedir, özü isə faktiki olaraq ya paytaxtda, ya da şəhər mərkəzlərində hazırlıq keçirlər. Belə hallar xoşagələn deyil. Biz həmişə demişik və tərəfdarıyıq ki, təhsil yalnız təhsil müəssisəsində olmalıdır, kiminsə evində, ya da obyektində deyil".

Ekspert hesab edir ki, valideynlər ya anlamamaqdan, ya da prosesi bilməməkdən irəli gələrək uşaqlarını məktəb dərslərindən uzaqlaşdırırlar:

"Halbuki atestat qiymətlərinin xüsusi bir rolu var. Eyni balı toplamış abituriyentlərdən ikisindən birinin müvafiq ixtisas üzrə yerləşdirilməsi zamanı məhz atestat qiymətlərinin rolu görünür. Burada kimdə daha yaxşı nəticə varsa həmin şəxs qeyd olunan ixtisasa yerləşdirilir. Dediyim kimi atestat qiymətləri burada mühüm rol oynayır. Bunu valideynlər mütləq nəzərə almalıdırlar. Bu o demək deyil ki, şagird 3-cü qurupa hazırlaşırsa, onun bilologiya, yaxud da kimya ilə bağlı hər hansı minimal bilikləri olmamlıdır. Düşünürəm ki, müəyyən qədər də olsa müəyyən bilikləri özündə formalaşdırmalıdır".

Elçin Əfəndi məktəbdən şagirdlərin yarımçıq çıxmamasının həlli yollarını imtahan prosesində fənnlərin sayının azalmasında görür:

"Biz çalışmalıyıq ki, fənlərin sayı azaldılsın.Əgər fənn sayı azalarsa bu problemlərin heç biri olmaz. Şagirdlər də qeydiyyatda olduğu təhsil müəssisəsində təhsilini davam etdirərlər".

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az

Избранный
120
46
qaynarinfo.az

10Источники