RU

Baba olacağını belə açıqladı - Video

Eminem adı ilə tanınan məşhur reper Marşall Meters tezliklə baba olacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 51 yaşlı Eminem instaqram hesabında bununla bağlı videoçarx paylaşıb. 

Sözügedən video müğənninin qızı Heyli Ceyd Skottun böyüməsinin müxtəlif dövrlərini əks etdirir. Videonun fonunda isə Eminemin yeni albomundan “Temporary” treki yer alıb. 

Klipin sonunda Heyli atasına hamilə olduğu barədə xəbəri verir. Videoçarx reperin pərəstişkarları arasında maraqla qarşılanıb.

Qeyd edək ki, Heyli Ceyd Skott cari ilin mayında Evan Makklintok ilə ailə qurub. Cütlük səkkiz ildən çoxdur birlikdədir.



Избранный
32
2
qafqazinfo.az

3Источники