RU

Almaniyada Azərbaycanın 1875 xəritəsi – Foto

Maks Frans Quido Freyher von Telman (Max Franz Guido Freiherr von Thielmann) - alman diplomat, siyasətçi və səyyah. Onun 1875-ci ildə Leypsiq şəhərində yerləşən “Duncker & Humblot” çap evində “Qafqaz, Persiya və Asiya Türkiyəsinə səyahət” (Streifzuge im Kaukasus, in Persien und in der asiatischen Turke) adlı kitabı çap edilib. Kitabda gəzdiyi və gördüyü yerlər barədə ətraflı məlumatlar var.

Hurriyyet.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat yayıb.

O bildirib ki, müəllif öz kitabında bir xəritə də təqdim edir:

“Xəritədə Azərbaycan adı xüsusi qeyd edilir, sərhədləri və şəhərləri açıq yazılır. Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərin adı tam aydın şəkildə göstərilir. Xəritədə Ermənistan adına, təbii ki, rast gəlmək olmur. Bu xəritə ermənilərin “Azərbaycan adını Stalin qoyub” iddialarına tutarlı cavabdır. 1875-ci ildə nəşr edilən kitabda yerləşən bu xəritə erməni yalanlarını yerlə-yeksan edir”. (Film.az)

Almaniyada

Избранный
28
2
hurriyyet.az

3Источники