RU

"Komandanın ən zəhmətkeşi, fədakarı odur" - Deputat "Qarabağ"ın matçından DANIŞDI

““Qarabağ”da yaranan fürsətləri doğru istifadə edib qola çevirmə problemi var”.

 

Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa dünən baş tutan Qarabağ-Malmö oyunundan danışarkən deyib. 

 

“Əsas odur ki, əzilən, tökülən oyun yoxdur. Qapıçı yaxşı oynadı, qollar müdafiəçilərin zamanlama xatasından baş verdi. Bu komandanın ən zəhmətkeşi, fədakarı isə Elvin Cəfərquliyevdir. Adam dayanmadan çalışdı, yaxşı paslar ötürdü, cəsarətlə ikili mübarizəyə girdi. Həmişəki kimi, gücü yetən nə varsa, ortaya qoydu. Juninyo da müdhiş bir qol vurdu. Təəssüf ki, onun da hücumda keyfiyyətli alternativi yoxdur. Pasla da az təmin edirlər”, - F.Mustafa bildirib.

Deputat rəqiblərin çox güclü olduğunu da vurğulayıb.

 

“Çempionatları daha güclüdür, bizim çempionatda oynayan oyunçunun bu cür yüksək templi oyunlara adaptasiyası elə də asan olmur. Şəxsən məni komandanın oyunu qane edir, nəticə isə əlbəttə, məyusedicidir. Alınacaq, dəstəyimizi azaltmayaq!”, - F.Mustafa yekunlaşdırıb.

 

Xatırladaq ki, dünən UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçirilib. Turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib. Matç "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Günay

Избранный
7
sfera.az

1Источники