RU

Xameneyi: Minimal cəza idi, gecikmirik və tələsmirik

“Silahlı qüvvələrimizin etdikləri sionist (İsraili nəzərdə tutur) rejimin, ABŞ və müttəfiqlərinin cinayətlərinə görə minimal cəza idi...” 

Ölkə.Az xəbər verir ki, bunu İranın ali lideri Əli Xameneyi Hizbullahın keçmiş lideri Həsən Nəsrullahla vida mərasimində cümə namazında çıxışı zamanı deyib.

“İslam Respublikası bu sahədə hansı vəzifə ilə üzləşsə də, onu güc və mətanətlə yerinə yetirəcək. Biz borcumuzu yerinə yetirməkdə gecikmirik və tələsmirik. Lazım gələrsə, bu hərəkətlər davam edəcək”, - o bildirib.

Xameneyi sonuncu dəfə cümə namazını 2020-ci ilin yanvarında İran generalı Qasım Süleymaninin ölümündən sonra qılmışdı. 

Xatırladaq ki, namazdan öncə İsrail kəşfiyyat xidməti özünün "Terror Alarm" adlı X hesabında paylaşıb: "İranın ali rəhbəri Xameneyi sonuncu cümə namazını bu həftə oktyabrın 4-də Qüds vaxtı ilə saat 11:30-da qılacaq".

Избранный
87
olke.az

1Источники