RU

42 minə yaxın insan ölüb

Qəzzada son 10 gündə 300-ə yaxın fələstinli həyatını itirib. 

İsrail ordusunun son 10 gündə Qəzza zolağına həyata keçirdiyi hücumlarda 296 fələstinli həyatını itirib, 837 nəfər isə yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 364 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. 

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 3 hücum həyata keçirdiyi və bu hücumlarda daha 14 fələstinlinin həyatını itirdiyi, 50 fələstinlinin isə yaralandığı bildirilib. Qəzza zolağında 364 gündür davam edən hücumlarda həyatını itirən fələstinlilərin sayı 41 min 802-yə yüksəlib. 

Избранный
16
cebheinfo.az

1Источники