RU

İrəvandan Tehrana 3-cü elektrik xətti çəkilir- “4 ölkə 1 lampanın altında?”...

Image

Firdovsi Şahbazov: “Bu, Tehran rejiminin məqsədyönlü siyasətinin göstəricisidir”

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Ermənistan-İran üçüncü elektrik ötürücü xəttinin tikintisinin təfərrüatlarını təqdim edib.

Belə ki, III EAEU Forumunun panel müzakirəsində nazir müavini xatırladıb ki, 400 kV-lik üçüncü Ermənistan-İran elektrik ötürücü xətti saatda 1200 meqavat gücündə olacaq: “Hazırda tikinti yekunlaşmaq üzrədir mərhələsinin 85%-i artıq tikilib. Razdandan İranla sərhədə qədər 280 km uzunluğunda bir xətt, Sünik rayonunda bir 400 kV-luq yarımstansiya və Gürcüstan sərhədinə qədər başqa bir xətt çəkiləcək. Bütün layihə başa çatdıqdan sonra dörd ölkəni birləşdirmək mümkün olacaq: İran, Ermənistan, Gürcüstan və Rusiya. Və ilk dəfə olaraq, iki belə böyük enerji sistemini birləşdirmək imkanımız olacaq. Bizdə hələ də çoxlu elektrik enerjisi var, demək olar ki, bizim ölkədə istehlak etdiyimiz qədər istehsal edə bilərik”.

“Rusiyanın İrana elektrik enerjisini Azərbaycan üzərindən ötürməsi daha məqsədəuyğundur, nəinki Ermənistan üzərindən”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, İran Ermənistan üçün hər cür iqtisadi imkan yaratmağa çalışır: “Bu, Tehran rejiminin məqsədyönlü siyasətinin göstəricisidir. Hər vəchlə çalışır ki, Ermənistanın iqtisadi inkişafına töhvə versin. Bu həmin İrandır ki, illərlə Rəşt-Astara dəmir yolunun tikintisini yubatdı. Niyə? Çünki Azərbaycanın tranzit ölkə olmasını istəmirdi. Yalnız Rusiyanın təzyiqləri, kreditləri hesabına yolun tikintisinə başlamalı oldular. İran hər vasitə ilə Zəngəzur dəhlizinə mane olmağa çalışır. Ancaq Ermənistandan bu ölkəyə magistral elektrik xəttlərinin çəkilməsi ilə bağlı hər cür şərait yaradır. Belə baxanda İranın Azərbaycanda elektrik enerjisi idxal etməsi daha sərfəlidir, nəinki Ermənistandan. Rusiyanın İrana elektrik enerjisini Azərbaycan üzərindən ötürməsi daha məqsədəuyğundur, nəinki Ermənistan üzərindən. Nəzərə almaq lazımdır ki, Ermənistanla Rusiya arasında quru sərhəddi yoxdur. Rusiya Gürcüstan vasitəsi ilə Ermənistana elektrik enerjisini ötürməsi və sonra İrana ixrac etməsi enerjinin maya dəyərini artırır. Çünki buna görə Gürcüstana və Ermənistana tranzit haqqı ödənilməlidir. Yəni bir var bir ölkəyə tranzit haqqı ödəyəsin, bir də var iki ölkəyə. Bütün bunlar enerjinin maya dəyərinə öz təsirini göstərir”.

Vidadi ORDAHALLI





Избранный
39
baki-xeber.com

1Источники