RU

Harris seçkinin taleyini həll edəcək 7 ştatdan 4-də LİDERDİR

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris tərəddüdlü mövqeyi ilə seçilən yeddi ştatdan dördündə Respublikaçı rəqibi Donald Trampı qabaqlayır.

Musavat.com xəbər verir ki, bu barədə sorğu materialları əsasında Washington Post qəzeti məlumat yayıb.

Qəzetin materialı milli və ştat səviyyəsində müxtəlif sorğuların nəticələrinə, həmçinin hər bir ştatın sakinlərinin son iki prezident seçkilərində necə səs verdiyinə əsasən hazırlanıb. Bildirilir ki, statistik səhv 3,5 faiz bəndi təşkil edir:

“Harris, çox güman ki, seçkinin nəticəsini müəyyən edəcək yeddi tərəddüdlü ştatdan dördündə liderlik edir”.

Qeyd edildiyi kimi, Harris Nevada, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında Trampı qabaqlayır. Eyni zamanda Tramp hələ də Arizona, Corciya və Şimali Karolinada liderlik edir.

Musavat.com

Избранный
177
2
musavat.com

7Источники