İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Tehran öz qoşunlarını başqa ölkəyə göndərmək niyyətində deyil;
“Bax, biz başqa ölkəyə qoşun göndərmək istəmirik. Biz inanırıq ki, Livan xalqı və (hərəkat – RT ) Hizbullah özlərini müdafiə etmək gücündə, güc səviyyəsindədir”, – RİA Novosti onun “Rossiya 24” telekanalında deyib.
İran səfiri İsrailin Livanda quru əməliyyatında qalib gələ bilməyəcəyi fikrini də dilə gətirib.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsində Hizbullah hədəflərinə qarşı məhdud quru reydlərinə başlayıb.
Mənbə RİA Novosti