RU

“Neftçi”nin sabiq məşqçisi: “İrəli baxıb, inkişaf etmək lazımdır”

“Neftçi” Premyer Liqanın IX turunda “Kəpəz”ə məğlub olub – 3:4. “Ağ-qaralar” çempionatda artıq 9 oyundur, qələbə qazana bilmir.

“Neftçi”nin sabiq məşqçisi Etibar Tarıverdiyev “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Neftçi”nin indiki durumu ürəkaçan deyil. Ümid edirəm ki, toparlana biləcəklər. Qapıçı Rza Cəfərov səhvlərlə yadda qaldı. Futbolda həmişə yaxşı çıxış edəcəksən deyə bir şey yoxdur. Əsas odur səhvlərdən nəticə çıxarsın”.

Vaxtilə “ağ-qaralar”da Rza ilə birlikdə çalışan məşqçi qapıçının psixoloji təzyiqin öhdəsindən gələ biləcəyini dedi:

“Rza Cəfərov ilə birlikdə işləmişik. Psixoloji cəhətdən güclü futbolçudur. Ümid edirəm ki, gələcək oyunlarında eniş olmayacaq. İrəli baxıb, inkişaf etmək lazımdır. Səhvlər həmişə olacaq. Əsas həmin səhvlərdən nəticə çıxarmaqdır. Rza ilk vaxtlarda “Neftçi”yə gələndə mənə xoş gələn onun təzyiq altında rahat oynaması idi. Bu, hər idmançıda belə deyil. Bizdə belə futbol oynayan az oyunçular var. Ümid edək ki, hər şey Rza üçün yaxşı olacaq”.

Şahin Cəfərov

Избранный
14
futbolpress.az

1Источники