Honq-Konqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamentinin sağlamlıq mühafizəsi mərkəzi məlumat yayıb. Bildirilib ki, Honq-Konq sakinləri ST283 ştammına yoluxublar. Epidemioloji tədqiqatlar 75 nəfərin simptomlar görünməzdən əvvəl çiy şirin su balıqları ilə qidalanıblar. Xəstəxanaya yerləşdirilən 91 xəstədən 43-nün vəziyyəti stabil, daha 4 nəfərin vəziyyəti isə ağırdır. Qeyd edilib ki, həkimlər 4 nəfəri xilas edə bilməyiblər. Xəstələrin 40%-i artıq tibb müəssisələrindən evə buraxılıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта