RU

Dağlıq Qarabağ münaqişəsi 2020- ci ildə həll edilməsəydi....Bilirsiz indi başımıza nəoyunlar açırdılar?!...

Image

"Dünyanın indiki durumunu bir daha  dərindən təhlil edərək düşünürsən ki, 2020- ci ildə Dağlıq Qarabağ münaqişəsi həll edilməsəydi ,indi bizim vəziyyətimiz necə olardı? Dünyanın ədalətsizliyi o zaman da var idi.O zaman da dünya "hüquq dünyası yox, güc dünyası" idi...O zamanlar da ikili standartlar var idi ,"gəlin sındıran qabın səsi çox çıxmazdı", özünü "qoçu Nəcəfqulunun keçisi" kimi aparan ölkələr o zaman da var idi...Fəqət o zaman haqsız, ədalətsiz və iki standartlı siyasətlər indiki kimi çılpaq və həyasız şəkildə aparılmırdı."

Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır: "Bu 4 ildə Ukrayna müharibəsi çıxdı, Qərb ölkələri Ukraynanın yolunda  Rusiya təcavüzünə qarşı bütün resurslarını qoydular, halbuki eyni şəkildə Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması əleyhinə nəinki heç bir resurs qoymadılar, hətta daldalarda Azərbaycanı ərazi güzəştinə vadar etməyə çalışdılar. Bu 4 ildə Qəzza və Livan müharibələri çıxdı. ABŞ , Britaniya ,digərləri İsrailin özünü müdafiə haqqını tanıyaraq bütün resurslarını yenə bu yolda qoydular, lakin Fələstin ərəblərinin "özünün dövlət" hüququnu tanımadılar və bu yola bir qram resurs qoymadılar. İstail Qəzzaya hücum edən gün Təl- Əvivə gələn ABŞ məmuru " Mən bura bir yəhudi olaraq" gəlmişəm" dedi, Bayden İsrailə milyardlarla açıq hərbi yardım edərək onu faktiki olaraq yeni "Livan təcavüzünə" ruhlandırdı...

İkili standartlar , riyakar yanaşmalar nə həddə çatdı ki, Azərbaycana sanksiyalar tətbiq etmək, Azərbaycanın aktivlərini müsadirə edərək "Arsaxa yardım Fondu" düzəltmək çağırışlarını açıq şəkildə səsləndirdilər...
Təsəvvür edin ki, Qarabağ problemi həll olunmadan bu günə qədər qalmış olaydı, Azərbaycan bütün hüquq və haqlarına rəğmən münaqişənin həllinin hərbi yollarına əl atardı, bunca sırtıq və riyakar olmuş Qərb dairələri Azərbaycanın başına nə oyunlar açmağa cəhd etməzdilər?! Əslində elə bu gün də əllərindən gələni "əldən qoymurlar" ,fəqət bundan artığı əllərindən gəlmir və Azərbaycan onların haqsız həmlələrini dəf edəcək qədər güclü mövqelərə çıxıb... Prezident İlham Əliyev Cəbrayılda bir mətləbi açıqladı ki, 1992- ci ildə ABŞ Azərbaycana 907- ci düzəlişi tətbiq edərək 10 il qüvvədə saxlasa da, 2001- ci ildə Əfqanıstan müharibəsi başlayanda Azərbaycana ehtiyacları yarandı və 907- ci düzəlişin tətbiqini ilbəil təxirə saldılar, ləğv etmədilər, sadəcə təxirə saldılar, halbuki heç bu maddəni əzəldən qəbul etmək düz deyildi, çünki Azərbaycan təcavüzə məruz qalmış tərəf idi. Qarabağ münaqişəsi həll olunduqdan sonra sanksiya müzakirələri yenidən başlayıb...Düz sözü və dəqiq təhlili necə qəbul etməyəsən?!...
Bir daha əmin olursan -  nə yaxşı ki,  Qarabağ münaqişəsinin həlli bu günlərə qalmadı və dünyada bəzi qüvvələrin öz sifətlərini açıq və həyasız göstərdikləri indiki anlara qədər biz  hər şeyi həll etdik....

Mətləb







Избранный
52
baki-xeber.com

1Источники