Honq-Konqda ölümcül bakterial infeksiya yayılır, artıq dörd nəfərin öldüyü bildirilir.
Day.Az APA-ya istinadən bildirir ki, bu barədə South China Morning Post məlumat yayıb.
Məlumata görə, infeksiya şirin suda yaşayan balıqlardan yayıla bilər.
Artıq 91 xəstəliyə yoluxma faktı qeydə alınıb.