RU

Tramp uduzsa, ABŞ sosialist ölkəyə çevriləcək - İlon Mask

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.

 

Modern.az-ın xəbərinə görə, bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.

 

“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.

 

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.

Избранный
14
8
modern.az

9Источники