İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı törədilib.
Publika.az xəbər verir ki, silahlı hücum nəticəsində 25 yaşlı qadın həyatını itirib, 11 nəfər isə yaralanıb.
Yaralılardan 5-nin vəziyyəti ağırdır.
Terror aktını ərəb əsilli İsrail vətəndaşı törədib. Polis terrorçunu zərərsizləşdirib.