RU

Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, İtaliya və Macarıstan azadlıq uğrunda mübarizə aparan iki ölkədir və heç vaxt Brüsselə, dünya güclərinə və miqrantlara təslim olmayacaqlar.
 
Moderator.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində bildirib.
 
"Biz 1848-ci ildə azadlıq uğrunda mübarizə aparanların varisləriyik və heç vaxt təslim olmayacağıq - nə Brüsselə, nə dünya güclərinə, nə də miqrantlara", - Kovaç Orbanın İtaliyanın "Liqa" Partiyasının Pontida şəhərindəki bayram şənliyindəki çıxışından sitat gətirib.
 
Onun sözlərinə görə, Orban İtaliyanın Baş nazirinin müavini, "Liqa" Partiyasının lideri Matteo Salvinini İtaliyanın sərhədlərinin təhlükəsizliyini və Avropanın qorunmasını təmin etdiyi üçün Macarıstanda qəhrəman adlandırıb.
 
"O, mühakimə olunmaqdan daha çox tanınmağa layiq olan əsl vətənpərvərdir", - Macarıstan Baş naziri deyib. (report.az)
Избранный
123
8
moderator.az

9Источники