RU

NUR Tədris Mərkəzində Beynəlxalq Müəllimlər Günü qeyd olundu

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə NUR Tədris Mərkəzində xüsusi tədbir keçirilib. Tədris mərkəzinin rəhbəri Nigar Məmmədovanın başçılığı ilə müəllimlər bir araya gələrək bu əlamətdar günü qeyd ediblər. Səmimi və mehriban mühitdə keçirilən tədbirdə müəllimlər gülüşlərlə dolu söhbətlər edib, öz aralarında təcrübələrini bölüşüblər.

QHT.az xəbər verir ki, müəllim Nigar Məmmədova çıxışı zamanı müəllimlərin cəmiyyətdə oynadığı əvəzolunmaz rolu vurğulayıb: "Müəllimlər yalnız bilik vermir, eyni zamanda gələcəyin qurucularını yetişdirirlər. Hər birimizin həyatında müəllimlərimizin rolu əvəzsizdir və biz bu günü onlara təşəkkür olaraq qeyd edirik". 

Tədbir iştirakçıları həm də təhsil sahəsində qarşılaşdıqları çətinliklərdən və uğurlardan bəhs ediblər. Səmimi və dostluq ab-havasında davam edən görüş zamanı müəllimlər bir-birinə dəstək və motivasiya verərək, daha da güclü bir təhsil ailəsi formalaşdırıblar.

NUR Tədris Mərkəzi öz peşəkar heyəti və müasir təhsil metodları ilə fərqlənən bir müəssisə olaraq fəaliyyət göstərir. Mərkəz, həm akademik hazırlıq, həm də müxtəlif inkişaf proqramları ilə şagirdlərin və tələbələrin gələcək uğurlarına dəstək olmağı qarşısına məqsəd qoyur. Nigar Məmmədovanın rəhbərliyi altında Mərkəz, şagirdlərin uğurlu gələcəyini təmin etmək üçün müasir təlim və metodlarla yüksək səviyyədə tədris verməyə davam edir.

Mərkəzin heyətinə SMM mütəxəssisi kimi mən də qoşulmuşam və həm sosial media sahəsində fəaliyyət göstərir, həm də tələbələrimə SMM və rəqəmsal marketinq üzrə təlimlər keçirəm. Gələcək peşəkarlar yetişdirmək üçün bu sahədə öyrətdiklərimə də xüsusi önəm verirəm. Tədris mərkəzindəki fəaliyyətim həm də rəqəmsal bacarıqların artırılmasına yönəlib və bu da tələbələrimizin daha geniş imkanlara sahib olmasına şərait yaradır.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
9
qht.az

1Источники