RU

Bakı sakini bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Oktyabrın 6-da saat 10 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, oolis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

07:10

Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Cəfərov Şahpur Yusif oğlu dava zamanı hələlik naməlum olan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub və hazırda vəziyyəti ağır olaraq qalır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Избранный
22
4
apa.az

7Источники