Oktyabrın 6-da saat 10 radələrində Binə qəsəbəsində 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub və hazırda vəziyyəti ağır olaraq qalır. vakansiya
Araşdırma aparılır.
Telegram kanalımız