Ötən ilin oktyabrın 7-də Qəzza müharibəsi başlayandan bəri ABŞ İsrailə yardım üçün 17,9 milyard dollar xərcləyib. Bu, rekord səviyyə hesab olunur.
İqtisadiyyat.az bu barədə "Associated Press"ə (AP) istinadən xəbər verir.
2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumundan sonra ABŞ-nin bölgədəki hərbi əməliyyatlarını intensivləşdirmək üçün əlavə 4,86 milyard dollar ayrılıb.
Qeyd edilib ki, İsrail 1959-cu ildən bəri 251,2 milyard dollar alaraq tarixdə ABŞ-dən ən çox hərbi yardım alan ölkə olub.
Gözəl Həşimova