“Yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdən biridir”.
“Operativ Media” xəbər verir ki, bunu "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda Dövlət Gömrük Komitəsinin (DGK) birinci müavini Bəhruz Quliyev deyib.
O bildirib ki, gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub:
“Gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub. İxracın təşviqi çərçivəsində qeyri-neft ixracının stimullaşdırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib”,– deyə o bildirib.