RU

Xərçəngdən təkamülə: Bu il Nobel mükafatı üçün favoritlər kimlərdir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gündən "Nobel həftəsi", yəni müxtəlif sahələr üzrə Nobel mükafatlarının laureatlarının adlarının açıqlanması başlayır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə nobelprize.org saytında xəbər verilib.
Bildirilir ki, Nobel həftəsi İsveçin paytaxtı Stokholmda tibb və fiziologiya sahəsində laureatın adının elan edilməsi ilə açılacaq.
Yaxın günlərdə digər nominasiyalarda da mükafat sahibləri məlum olacaq.
Məlumata görə, oktyabrın 8-də fizika, oktyabrın 9-da kimya, oktyabrın 10-da ədəbiyyat üzrə laureatlar elan ediləcək, oktyabrın 11-də isə Norveçin paytaxtı Osloda sülh mükafatı laureatının adı açıqlanacaq.
Gələn həftənin ilk günündə isə iqtisadiyyat üzrə mükafat sahibinin adının açıqlanması ilə Nobel həftəsinə yekun vurulacaq.
"1968-ci ildə İsveç Dövlət Bankı tərəfindən təsis edilmiş Alfred Nobel xatirəsinə iqtisadiyyat üzrə mükafat sahibinin adı 14 oktyabrda müəyyən olunacaq", - deyə məlumatda vurğulanıb.
Namizədlər
Nobel komitələri son ana qədər nə mükafata namizədlər, nə də onların namizədliklərini irəli sürənlər barədə heç nə açıqlamırlar. Mütəxəssislər gizli saxlanılan adlar barədə fərziyyələr irəli sürürlər.
İsveçli ekspertlər artıq bir neçə ildir ki, BRCA1 irsi süd vəzi xərçəngi genini kəşf edən amerikalı Meri-Kler Kinqin laureat olmaq şansının olduğunu düşünürlər.
Bu nominasiyada həmçinin ABŞ-dən xərçəngin immunoterapiyası sahəsində tədqiqatların öncülü olan Stiven Rozenberqin adı çəkilir.
ABŞ-nin "Clarivate" şirkəti alimlərinin fikincə isə Conatan Koen və Helen Hobbs "ürək-damar xəstəliklərinin müalicəsi üçün yeni dərmanların yaradılmasına gətirib çıxaran lipid mübadiləsinin genetikası üzrə tədqiqatlarına görə" bu mükafata layiq görülə bilər.
"Clarivate" həmçinin favoritlər arasında neyrobioloqlar - amerikalı Ann Qreybil, yapon Okihide Hikosaka və Britaniya-alman tədqiqatçısı Volfram Şultsu qeyd edirlər. Onlar "hərəkət və davranışın, o cümlədən öyrənmənin idarə edilməsi mərkəzi olan bazal qanqliyaların fizioloji tədqiqatlarına görə" mükafat ala bilərlər.
Digər mümkün laureatlar arasında Almaniyada işləyən xorvat alim Davor Zolter və Keniya-Britaniya alimi Əzim Surani kimi təkamül bioloqları var. Onlara "məməlilərin epigenetikası və inkişafı haqqında anlayışı dərinləşdirən genomik imprintinqin kəşfinə görə" mükafat verilə bilər.
Избранный
88
50
oxu.az

9Источники